Hirkan Milli Parkında yanğının söndürülməsinə təyyarə cəlb olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

Hirkan Milli Parkında yanğının söndürülməsinə təyyarə cəlb olundu

10:51 - 15 / 01 / 2021
Hirkan Milli Parkında yanğının söndürülməsinə təyyarə cəlb olundu

Hirkan Milli Parkında (Astara rayonu ərazisi) yanğın davam edir. Yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində davam edən yanğının söndürülməsi küləyin güclənməsi səbəbindən bir qədər də çətinləşib.

1news.az xəbər verir ki, Yanğının söndürülməsi və geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə Fövqəladə Hallar Nazirliyindən (FHN) əlavə qüvvələr cəlb olunub.

Hazırda Cənub Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları mürəkkəb relyef şəraitində (yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur) yanğınsöndürmə işlərini həyata keçirirlər.

Bu gün səhər saatlarından etibarən FHN-nin Aviasiya dəstəsinin "BE-200ÇS" amfibiya təyyarəsi yanğının söndürülməsinə cəlb olunub.

Qafar Ağayev 

Paylaş:
406

Son xəbərlər

Bütün xəbərlər