SMS icazə ləğv olunur – RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

SMS icazə ləğv olunur – RƏSMİ

10:51 - 16 / 01 / 2021
SMS icazə ləğv olunur – RƏSMİ

2021-ci il 18 yanvar saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində yaşayış yerini və olduğu yeri “SMS” icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunur.

1news.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilib.

S.Xankişiyeva

 

Paylaş:
673

Son xəbərlər

Bütün xəbərlər