Ölkədə COVİD-19-a yoluxma əmsalı 5 faizədək enib - TƏBİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Ölkədə COVİD-19-a yoluxma əmsalı 5 faizədək enib - TƏBİB

11:26 - 16 / 01 / 2021
Ölkədə COVİD-19-a yoluxma əmsalı 5 faizədək enib - TƏBİB

Yoluxanların sayının azalması test sayının azalması ilə bağlı deyil, buna şübhə yaranmamalıdır.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, hazırda aktiv xəstə sayı 9700-dən çoxdur.

Y.Qarayeva bildirib ki, ölkədə COVİD-19-a yoluxmaların sayı azalıb, sağalanların sayı artıb. Artıq yeni yoluxanlarla sağalanların sayı arasında 3-4 dəfə fərq var: “Bu, bizim üçün çox önəmlidir. Sərtləşdirilmiş karantin rejimi reanimasiya şöbələrindəki dolu çarpayıların sayının azalmasına səbəb olub”.

Y.Qarayeva bildirib ki, ölkədə COVİD-19-a yoluxma əmsalı 5 faizədək enib: ”Bu, karantin rejiminin sərtləşdirilməsi və vətəndaşların qaydalara daha yaxşı əməl etməsinin nəticəsidir. Vətəndaşlar qaydalara ciddi şəkildə riayət edirlər”.

S.Xankişiyeva

 

Paylaş:
424

Son xəbərlər

Bütün xəbərlər