Oqtay Şirəliyev, Ramin Bayramlı və TƏBİB-in bir neçə vəzifəli şəxsi də bu gün peyvənd olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Oqtay Şirəliyev, Ramin Bayramlı və TƏBİB-in bir neçə vəzifəli şəxsi də bu gün peyvənd olunacaq

11:03 - 18 / 01 / 2021
Oqtay Şirəliyev, Ramin Bayramlı və TƏBİB-in bir neçə vəzifəli şəxsi də bu gün peyvənd olunacaq

Səhiyyə naziri Oqtay Şirəliyev, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı koronavirus infeksiyasına qarşı peyvənd olunmaq üçün Bakı Sağlamlıq Mərkəzinə gəliblər.

Trend-in məlumatına görə, onunla birlikdə peyvənd olunmaq üçün TƏBİB-ın şöbə müdiri Yaqut Qarayeva və qurumun digər rəhbər şəxsləri də tibb müəssisəsindədirlər.

Qeyd edək ki, bu gündən Azərbaycanda koronavirusa qarşı peyvəndləmə işlərinə start verilir. İlk olaraq tibb işçiləri peyvənd olunacaq.

S.Xankişiyeva

 

Paylaş:
550

Son xəbərlər

Bütün xəbərlər