Cəmiyyət

20 Yanvarda şəhid olan polislərin ailə üzvləri ilə görüş keçirilib

13:03 - 19 / 01 / 2021
20 Yanvarda şəhid olan polislərin ailə üzvləri ilə görüş keçirilib

20 Yanvar faciəsinin 31-ci ildönümü ərəfəsində həmin qanlı gecədə həyatını itirən polis əməkdaşlarının ailə üzvləri ilə Daxili İşlər Nazirliyində (DİN) görüş keçirilib.

Bu barədə 1news.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə şəhid ailələrinin problemləri və onları narahat edən məsələlərlə maraqlanılıb. Onların qeyd etdikləri məsələlərin həlli məqsədilə müvafiq tədbirlərin görüləcəyi və müraciətlərin nəzarətdə saxlanılacağı qeyd edilib.

Şəhid ailələri 20 Yanvarda şəhid olan oğul və qızlarımızın xatirəsinin dövlətimiz, həmçinin DİN rəhbərliyi tərəfindən daim hörmətlə anıldığını, ailələrinə hər zaman maddi və mənəvi yardımın edildiyini vurğulayıb, göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.

Sonra şəhid ailələrinə maddi yardım təqdim olunub.

Qafar Ağayev 

Son xəbərlər

Bütün xəbərlər

Next TV