COVİD-19-a qarşı vaksin bu şəxslərə vurulmaya bilər | 1news.az | Xəbərlər
Cəmiyyət

COVİD-19-a qarşı vaksin bu şəxslərə vurulmaya bilər

13:49 - 19 / 01 / 2021
COVİD-19-a qarşı vaksin bu şəxslərə vurulmaya bilər

COVİD-19 virusuna qarşı kimlərə vaksinin vurulmayacağı açıqlanıb.

TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq, bildirilib ki, istehsalçı şirkətin tövsiyəsinə əsasən, 18 yaşa qədər şəxslərə, hamilə və südverən qadınlara peyvəndin vurulması tövsiyə edilmir, çünki bu istiqamətdə hələ tədqiqat aparılmayıb:

"Vaksindən sonra mümkün ola biləcək - baş ağrısı, əzələ ağrısı, qızdırma və s.kimi əlamətlər isə əks-göstəriş deyil. Bu əlamətlər əksinə gözlənilən nəticədir və tibbi cəhətdən bədənin vaksinə müsbət reaksiya verməsinin göstəricisidir".

S.Xankişiyeva

 

Paylaş:
380

Son xəbərlər

Bəzi çaylardan sel keçəcək

11 / 06 / 2025, 14:17
Bütün xəbərlər