Mətbuat Şurasına ötən il daxil olan müraciətlərin sayı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Mətbuat Şurasına ötən il daxil olan müraciətlərin sayı açıqlandı

14:41 - 19 / 01 / 2021
Mətbuat Şurasına ötən il daxil olan müraciətlərin sayı açıqlandı

2020-ci ildə Mətbuat Şurasına ümumilikdə 389 müraciət daxil olub.

1news.az-ın məlumatına görə, bu bardə Şuranın hesabatənda deyilir. Müraciətlərdən 261-i bilavasitə kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətdir. 128 müraciət digər məsələlərlə bağlı olub.

Şura Katibliyi 261 şikayətlə əlaqədar tərəfləri Şuraya dəvət edib. Bu mərhələdə 178 məsələ Katiblikdə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Digər 83 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən, məsələlər və onlarla bağlı toplanmış materiallar baxılmaq üçün Şuranın Şikayətlər üzrə Komissiyasına təqdim edilib.

Şikayətlər üzrə Komissiyada baxılan 83 məsələdən 67-i komissiya səviyyəsində həllini tapıb. Digər 16 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib.

Qafar Ağayev

Paylaş:
584

Son xəbərlər

Bəzi çaylardan sel keçəcək

11 / 06 / 2025, 14:17
Bütün xəbərlər