Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

12:04 - 20 / 01 / 2021
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

20 Yanvar faciəsinin 31-ci ildönümü münasibətilə bu gün saat 12:00-da Azərbaycanın bütün ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

1news.az-ın məlumatına görə, gəmilər, avtomobillər, qatarlar bununla əlaqədar səs siqnalları verib.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 147 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

1news.az

Paylaş:
794

Son xəbərlər

Bəzi çaylardan sel keçəcək

11 / 06 / 2025, 14:17
Bütün xəbərlər