Bu şagirdlər imtahan verə biləcəklər - Təhsil Nazirliyinin şöbə müdiri | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu şagirdlər imtahan verə biləcəklər - Təhsil Nazirliyinin şöbə müdiri

13:15 - 22 / 01 / 2021
Bu şagirdlər imtahan verə biləcəklər - Təhsil Nazirliyinin şöbə müdiri

Birinci yarımillikdə distant formada qiymətləndirmədə iştirak edə bilməyən şagirdlərin imtahandan keçirilməsi üçün şərait yaradılacaq.

1news.az-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Təhsil Nazirliyinin ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, həmin şagirdlər növbəti bir ay ərzində məktəbə gəlməklə imtahandan keçə bilərlər: “Nəzərə alsaq ki, növbəti aydan məktəblərdə tədris də başlanacaq. Həmin vaxtlarda bu şagirdlər sosial məsafə və sıxlığı gözləməklə imtahan verə bilərlər”.

1news.az

Paylaş:
404

Son xəbərlər

Bəzi çaylardan sel keçəcək

11 / 06 / 2025, 14:17
Bütün xəbərlər