Bu gün Azərbaycanda 280 nəfər koronavirusa yoluxdu - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Azərbaycanda 280 nəfər koronavirusa yoluxdu - STATİSTİKA

18:49 - 22 / 01 / 2021
Bu gün Azərbaycanda 280 nəfər koronavirusa yoluxdu - STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 280 yeni yoluxma faktı qeydə alınıb, 632 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 228 526 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 219 019 nəfər müalicə olunaraq sağalıb, 3 064 nəfər vəfat edib, aktiv xəstə sayı 6 443 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 144, ötən müddət ərzində isə ümumilikdə 2 347 951 test aparılıb.
 
Qafar Ağayev
Paylaş:
439

Son xəbərlər

Bəzi çaylardan sel keçəcək

11 / 06 / 2025, 14:17
Bütün xəbərlər