Cəmiyyət

Nazir: “Müəllimləri çəkib yaymaq əvəzinə, özümüzü onların yerinə qoymalıyıq”

12:50 - 22 / 01 / 2021
Nazir: “Müəllimləri çəkib yaymaq əvəzinə, özümüzü onların yerinə qoymalıyıq”

“Müəllimləri çəkib yaymaq əvəzinə, özümüzü onların yerinə qoymalıyıq. Müəllimlərin psixoloji vəziyyəti də bizi narahat edən məsələdir”.

1news.az məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

 “Müəllimlərimiz üçün də verilən şərait onların bir o qədər də uyğunlaşdığı şərait deyil. Buna qədər müəllimlər ayrı-ayrı otaqlarda fəaliyyət göstərəndə onları heç kim görmürdü. İndi isə istər Təhsil Nazirliyi, istər valideyn bu prosesi görür, çəkir. Bu emossional olaraq elə də asan situasiya deyil. Biz hər zaman kimisə qınaya bilərik, amma bu nöqteyi nəzərdən özümüzü həmin adamın yerinə qoymağı da bacarmalıyıq” – deyə, nazir bildirib.

Qafar Ağayev

Paylaş:
113

Son xəbərlər

Bütün xəbərlər

Next TV