Bu şəxslərə də hərbi xidmətdən möhlət veriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu şəxslərə də hərbi xidmətdən möhlət veriləcək

10:23 - 23 / 01 / 2021
Bu şəxslərə də hərbi xidmətdən möhlət veriləcək

Azərbaycanda doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən möhlət veriləcək.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bununla bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik təklif edilir.

Milli Məclisin yaz sessiyası zamanı müzakirəyə çıxarılması nəzərdə tutulan dəyişikliyə əsasən, doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən 3 ay möhlət veriləcək.

Qafar Ağayev

Paylaş:
453

Son xəbərlər

Bütün xəbərlər