Cəmiyyət

Ötən ilin 11 ayında Azərbaycanda doğulan körpələrin sayı açıqlandı

11:10 - 23 / 01 / 2021
Ötən ilin 11 ayında Azərbaycanda doğulan körpələrin sayı açıqlandı

Ötən ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 116 min 454 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə bu göstərici 12,7 təşkil edib.

Dövlət Statistika Komitəsindən 1news.az-a bildiriblər ki, doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Körpələrin 3106-sı əkiz, 117-si üçəm, dördü isə dördəmdir.

Ötən ilin on bir ayı ərzində ölkədə 61 min 147 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,7 təşkil edib.

Qafar Ağayev 

Paylaş:
86

Son xəbərlər

Bütün xəbərlər

Next TV