Vətən müharibəsində əlil olan şəxslər avtomobillə təmin olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Vətən müharibəsində əlil olan şəxslər avtomobillə təmin olunacaq

12:51 - 26 / 01 / 2021
Vətən müharibəsində əlil olan şəxslər avtomobillə təmin olunacaq

Hazırda müharibə əlillərinin avtomobillə təminatı üçün növbə yoxdur. Lakin 2020-ci ildəki hərbi əməliyyatda əlil olan şəxslər də növbəlilik əsasında avtomobilllə təmin olunacaqlar.

Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.

Onun sözlərinə görə, indiyədək ölkədə müharibə səbəbindən əlilliyi olan 7200-dək şəxsə avtomobil verilib.

B.Hüseynov əlvaə edib ki, 2020-ci ildə 400 şəxsə avtomobil verilib.

S.Xankişiyeva

 

Paylaş:
510

Son xəbərlər

Bütün xəbərlər