Cəmiyyət

Qayınatası gəlnini doğrayıb bu zibilliyə atıb – FOTO – VİDEO

12:57 - 28 / 01 / 2021
Qayınatası gəlnini doğrayıb bu zibilliyə atıb – FOTO – VİDEO

Bakıda doğranaraq qətlə yetirilən qadının meyiti daha sonra Əliisgəndər İsgəndərov keçəsində yerləşən zibil qutusuna atılıb.

Trend-in əməkdaşları cinayətin izilə hadisə yerinə baxış keçirilib. Meyitin aşkarlandığı yer xüsusi lentlə əraziyə alınıb. Kənar şəxslərin həmin yerə keçməsi qadağan olunub.

Xatırladaq ki, yanvarın 27-də saat 1 radələrində Nəsimi rayonunun Ə.İsgəndərov küçəsində məişət tullantıları qutularında hissələrə ayrılmış 30-35 yaşlı qadın meyitinin olması barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi”nə məlumat daxil olub.

Meyitin Babək rayon sakini Banu Məhərrəmova olması müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki yaşadıqları evdə qısqanclıq zəminində törətməkdə şübhəli bilinən qayınatası, Babək rayon sakini İ.Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.

Qadının meyitinin qalıqlarının aşkar olunduğu yerdən görüntüləri təqdim edirik:

S.Xankişiyeva

 

Paylaş:
496

Son xəbərlər

Bütün xəbərlər

Next TV