Badamdarda yenə sürüşmə oldu, dağıntılar var - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Badamdarda yenə sürüşmə oldu, dağıntılar var - FOTO

09:31 - 29 / 01 / 2021
Badamdarda yenə sürüşmə oldu, dağıntılar var - FOTO

Bakının Səbail rayonu ərazisində “20-ci sahə”-dən Badamdar qəsəbəsinə gedən yolda – Bayıl yamacında torpaq sürüşməsi baş verib.

1news.az xəbər verir ki, ilkin məlumata əsasən, sürüşmə əvvəl qeydə alınan hissədə aktivləşib.

Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Şıxəmmədovun sözlərinə görə, ilkin müşahidə zamanı məlum olub ki, 1 ictimai iaşə obyekti, 2 fərdi yaşayış evi zərər görüb. Həmin evlərdə yaşayan sakinlər dərhal təxliyə edilib:

“Eyni zamanda sürüşmə zamanı torpaq altında 1 minik avtomobili qalıb. Xoşbəxtlikdən heç bir tələfat yoxdu”.

1news.az

Paylaş:
602

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər