Bu bölgələrə qar yağıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu bölgələrə qar yağıb

18:00 - 30 / 01 / 2021
Bu bölgələrə qar yağıb

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 30-u saat 16:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti dəyişib, arabir yağıntılı olub.

Xidmətdən 1news.az-a verilən xəbərə görə, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Ağdam, Ağstafa, Balakən, Oğuz, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Hacıqabul, Neftçala, Lənkəran, Ağsu, Quba, Biləsuvar, Ceyrançöl, Xaçmaz, Şabran, Nabran, Bakıda və Abşeron yarımadasında: Maştağa, Binə, Neft Daşları, Pirallahı, Cilov adasında yağış yağıb. Bundan əlavə, Qrız, Xaltan, Qusar, Altıağac, Mərəzə, Şamaxı, İsmayıllı, Qəbələ, Kişçay (Şəki), Göyçay, Naxçıvan, Şərur, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Şahdağ, Xınalıqda qar müşahidə olunub.

S.Xankişiyeva

 

Paylaş:
704

Son xəbərlər

Bütün xəbərlər