Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində qaldırıcı kran tıxaca səbəb olub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində qaldırıcı kran tıxaca səbəb olub - FOTO

16:03 - 03 / 02 / 2021
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində qaldırıcı kran tıxaca səbəb olub - FOTO

Bakıda qaldırıcı kran avtomobillərin hərəkətinə mane olub.

Bakı Nəqliyyat Agentliyindən 1news.az-a verilən məlumata görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib:

"Hazırda Təbriz-Tələt Şıxəliyev küçələrinin kəsişməsində nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinliklər müşahidə olunur. Kəsişməyə yaxın hissədə qaldırıcı kranın işləməsi yolda tıxaca səbəb olub.

Əsaslı səbəb olmadan nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi vaxtda bu cür təmir-tikinti işlərinin aparılmasından daha çox ictimai nəqliyyat istifadəçiləri əziyyət çəkir.
Vətəndaşların rahatlığını nəzərə alaraq belə hallara yol verən şəxsləri işlərini qanunvericiliklə müəyyən olunan qaydalara uyğun icra etməyə çağırırıq" - agentlikdən bildirilib.

Qafar Ağayev

Paylaş:
467

Son xəbərlər

Bütün xəbərlər