Virusun yeni mutasiyası ilə bağlı yayılan səs yazısı dezinformasiyadır - “Çıxışa doğru”da MÜZAKİRƏ – FOTO
Sosial şəbəkələrdə yayılan COVID-19 virusunun yeni mutasiyasının uşaqlara ciddi təsir edəcəyi və xəstəxanalarda uşaq çarpayılarının yerləşdirilməsi ilə bağlı yayılan səs yazısı həqiqəti əks etdirmir.
Ümumdünya Səhiyyə Təşkilatı yeni mutasiya ilə əlaqədar açıqlamasında uşaqlara yarada biləcək təhlükə ilə bağlı heç bir faktın olmadığını bəyan edib. Səhiyyə Nazirliyi bu mövzunun həssaslığını nəzərə alaraq vətəndaşları yalnız rəsmi qurumların məlumatlarına inanmağa çağırır.
1news.az-ın verdiyi xəbərə görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Virusun yeni mutasiyası ilə bağlı yayılan səs yazısı dezinformasiyadır” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – media hüququ üzrə ekspert Ələsgər Məmmədli, STM -in departament rəhbəri Ayşəm Balayeva, həkim-terapevt Zaur Orucov və psixoloq Vüsalə Əmiraslanova mövzu ətrafında müzakirə aparıblar.
S.Xankişiyeva












