Füzulidə vaksinasiyanın ikinci mərhələsi başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Füzulidə vaksinasiyanın ikinci mərhələsi başlayıb

12:53 - 03 / 02 / 2021
Füzulidə vaksinasiyanın ikinci mərhələsi başlayıb

Füzuli rayonunda vaksinasiyanın ikinci mərhələsinə start verilib.

Bu barədə Trend-ə Füzuli rayon Mərkəzi Xəstəxanasından bildiriblər. Qeyd olunub ki, bununla paralel tibb işçilərinin də vaksinasiyası davam edir:

“Yaşı 65-dən yuxarı şəxslər, hüquq mühafizə orqanları tərəfindən əksepidemik tədbirlərə cəlb olunan heyəti və eləcə də dializ alan xsətlərə vaskin vurulur. Bundan əlavə ayın 18-dən başlanan səahiyyə işçilərinin də vaksinasiya prosesi davam etdirilir və yekunlaşmaq üzrədir. Artıq bu günə kimi 600-dən çox vətəndaşa vaksin vurulub. Vaksinasiya üçün 7 otaq yaradılıb ki, bunlardan biri də vaksin vurulandan sonra pasiyentlərin yarım saat ərzində nəzarət altında saxlanılması üçündür”.

S.Xankişiyeva

 

Paylaş:
432

Son xəbərlər

Bütün xəbərlər