Dərnək məşğələləri ilə bağlı qərar verildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Dərnək məşğələləri ilə bağlı qərar verildi

10:47 - 04 / 02 / 2021
Dərnək məşğələləri ilə bağlı qərar verildi

Azərbaycanda fevralın 8-dən dərnək məşğələlərinin ənənəvi formada keçirilməsi bərpa olunur.

Bu barədə 1news.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən müstəqil tədris binası və əlverişli maddi-texniki bazası dərnək üzvləri arasında fiziki (sosial) məsafəni (ən azı 1.5 metr) gözləməyə imkan verən uşaq-gənclər inkişaf mərkəzlərində aşağı yaş qruplarında (I-IV siniflər) dərnək məşğələləri həftədə 2 dəfə olmaqla ənənəvi formada keçiriləcək.

S.Xankişiyeva

 

Paylaş:
776

Son xəbərlər

Tahir Kərimliyə ağır itki

06 / 08 / 2026, 14:58
Bütün xəbərlər