Bu günün statistikası: 201 nəfər COVID-19-dan sağalıb, 115 nəfər yoluxub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu günün statistikası: 201 nəfər COVID-19-dan sağalıb, 115 nəfər yoluxub

17:41 - 06 / 02 / 2021
Bu günün statistikası: 201 nəfər COVID-19-dan sağalıb, 115 nəfər yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 115 yeni yoluxma faktı qeydə alınıb, 201 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 231 022 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 224 961 nəfər müalicə olunaraq sağalıb, 3 156 nəfər vəfat edib, aktiv xəstə sayı 2 905 nəfərdir.

Ölkədə son sutka ərzində 6 582, hazırkı dövrədək isə 2 446 300 test aparılıb.

S.Xankişiyeva

 

Paylaş:
567

Son xəbərlər

Bütün xəbərlər