Sürücülərin NƏZƏRİNƏ: Nəcəfqulu Rəfiyev küçəsində hərəkət axşam bərpa olunacaq
Bakıda daha bir küçə bağlanıb.
Bu barədə 1news.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Fevral ayının 5-dən 6-na keçən gecədən etibarən Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsinin Xocalı və Nobel prospektlərinin kəsişməsində yerləşən hissəsində aparılan təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Məhdudlaşma fevral ayının 9-u axşam saatlarından aradan qaldırılacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.
Qafar Ağayev
510












