4 hərbçimizin minaya düşməsilə bağlı araşdırma başlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

4 hərbçimizin minaya düşməsilə bağlı araşdırma başlanıldı

15:06 - 09 / 02 / 2021
4 hərbçimizin minaya düşməsilə bağlı araşdırma başlanıldı

Azərbaycan Ordusunun 4 hərbi qulluqçusunun minaya düşməsi ilə bağlı araşdırmalara başlanıb.

1news.az-ın məlumatına görə, Hərbi prokurorluğun əməkdaşları hadisə yerinə ezam olunub, hadisənin hansı şəraitdə baş verməsinin müəyyən edilməsi ilə bağlı lazım olan tədbirlər görülüb. Hazırda faktla bağlı Hərbi prokurorluğunda araşdırmalar davam etdirilir.

Xatırladaq ki, fevralın 8-dəTərtər rayonu istiqamətində mina partlaması nəticəsində Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu Duniyev Kamil Əlibala oğlu, Əhmədzadə Həsən Alik oğlu, Orucov Elşad Lətif oğlu, Ağayev Məhərrəm Oktay oğlu xəsarət alıb.

İlkin tibbi yardım göstərildikdən sonra yaralılar hospitala təxliyə edilib.

Hazırda hərbi qulluqçular həkimlərin tam nəzarəti altındadır. Vəziyyətləri stabildir, həyatları üçün təhlükə yoxdur.

1news.az

 

Paylaş:
532

Son xəbərlər

Bütün xəbərlər