Azərbaycanda quraşdırılan sutəmizləyici qurğularla bağlı plan hazırlanır | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda quraşdırılan sutəmizləyici qurğularla bağlı plan hazırlanır

17:18 - 09 / 02 / 2021
Azərbaycanda quraşdırılan sutəmizləyici qurğularla bağlı plan hazırlanır

Azərbaycanda quraşdırılan sutəmizlyici qurğuların gələcək fəaliyyəti ilə bağlı tədbirlər planı hazırlanıb.

1news.az Trend-ə istinadən xəbər verir ki, məlumatına görə, bunu bu gün “Ekspert saatı”nda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov deyib.

Onun sözlərinə görə, Azərbaycanda 460-a yaxın kənd və qəsəbədə sutəmizləyici qurğu quraşdırılıb. Bu qurğular su çatışmazlığı müşahidə edilən müxtəlif ərazilərdə quraşdırılıb:
“Onların əksəriyyəti bu gün də fəaliyyətdədir. Bəzi rayonlarda müəyyən səbəblərdən onların işləməməsi halları müşahidə edilir, lakin bu hallar vaxtında aradan qaldırılır. Yerlərdə mərkəzləşdirilmiş su təchizatı olduqdan sonra bu qurğuların istifadəsi yavaş-yavaş mərkəzləşdiriləcək və bu qurğular kəndlərdən yığışdırılacaq. Bu ilin və gələn ilin planında artıq bunlar təsbit olunub”.

M.Əbdülhəsənov qeyd edib ki, bu qurğuların gələcək fəaliyyəti ilə bağlı ”Azərsu” ASC, ETSN və Səhiyyə Nazirliyi tərəfindən tədbirlər planı hazırlanıb. O, yaxın günlərdə hökumətə təqdim olunacaq: ”Bu qurğular harada işləmirsə, onlar yeniləri ilə əvəz olunacaq, ehtiyac olmayan, mərkəzləşdirilmiş su təchizatı olan yerlərdən qurğular götürüləcək və daha zəruri olan digər yerlərdə quraşdırılacaq”.

1news.az

Paylaş:
490

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər