Teymur Rəcəbov 1/4 finala yüksəldi
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsində 1/4 finala yüksəlib.
Qrossmeysterimiz seçmə mərhələni 15 oyundan 8 xalla 7-ci pillədə başa vurub. Polşalı Yan Kşiştof Duda da eyni miqdarda xal toplasa da, daha üstün göstəricilərə malik olduğu üçün 6-cı pillədə qərarlaşıb.
Keçirdiyi 15 görüşünün heç birində uduzmayan Rəcəbov 1 qələbə, 14 heç-heçəyə nail olub. Duda isə matçlarından 4 qələbə, 8 heç-heçə, 3 məğlubiyyətlə ayrılıb.
Yarışın təşkilatçısı, norveçli dünya çempionu Maqnus Karlsen və niderlandlı Aniş Giri 9,5 xalla ilk 2 pilləni bölüşüb. ABŞ təmsilçisi Uesli So 9 xalla 3-cü plub. Ermənistanlı Levon Aronyan və fransalı Maksim Vaşye-Laqrav hərəyə 8,5 xalla 4-5-ci yerləri bölüşdürüb.
8-ci yeri isə rusiyalı Daniil Dubov tutub. Dubov ABŞ təmsilçisi Hikaru Nakamura ilə eyni miqdarda - 7,5 xal toplasa da, əlavə göstəricilər sayəsində 1/4 finala adlayıb.
1news.az