Reklam edilən dərmanlarla bağlı diqqətli olun! - Xəbərdarlıq | 1news.az | Xəbərlər
Cəmiyyət

Reklam edilən dərmanlarla bağlı diqqətli olun! - Xəbərdarlıq

11:34 - 09 / 02 / 2021
Reklam edilən dərmanlarla bağlı diqqətli olun! - Xəbərdarlıq

Azərbaycanda televiziya kanallarında ən çox yol verilən nöqsanlardan biri də dərman vasitələrinin reklamı ilə bağlıdır.

Milli Televiziya və Radio Şurasının 2020-ci il üzrə yaydığı hesabata qeyd olunur ki, il ərzində Azərbaycanda ümumrespublika televiziya və radio kanalları tərəfindən teleradio yayımı haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması hallarına yol verilib və bu pozuntulardan biri də dərman vasitələrinin reklamı ilə bağlıdır. Hesabatda bildirilir ki, həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamı zamanı "Dərman vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 16-1-ci maddəsinin (Dərman vasitələrinin reklamı) tələbləri nəzərə alınmalıdır. Belə ki, həmin maddəyə əsasən, Azərbaycan Respublikasında yalnız həkim resepti olmadan buraxılan dərman vasitələri, istifadəsinə (tətbiqinə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilmiş tibbi təyinatlı texnika, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodları reklam oluna bilər.

1news.az bildirir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, ixtisasca həkim olan Musa Quliyev bildirib ki, ümumiyyətlə, dərman vasitələrinin reklam edilməsinin tərəfdarı deyil.

O qeyd edib ki, dərmanların reklamı "Dərman vasitələri haqqında" qanunda öz əksini tapıb: "Həmin qanun qəbul edilməmişdən öncə dərmanların reklamı tamamilə qadağan olunmuşdu. Sonradan müvafiq icra hakimiyyəti orqanının tövsiyəsi ilə Milli Məclisə qanun layihəsi gəldi. Həmin qanun layihəsində reseptsiz satılan dərmanların reklamına icazə verilirdi. Ancaq biz orada düzəliş etdik ki, reklam forması Səhiyyə Nazirliyi ilə razılaşdırılmalıdır.

Dünyanın bir sıra ölkələrində bu təcrübə mövcuddur, reseptsiz satılan dərmanların reklamına icazə verilir. Amma mən nə dərman vasitələrinin, nə də bioloji aktiv qida əlavələrinin reklamının tərəfdarıyam. Çünki dərman müalicə vasitəsidir. Yalnız həkim bilir ki, hansı dərman hansı xəstəyə kömək edər, hansı dərman hansı dərmanla işlənsə yaxşı təsiri olar. Elə dərman olar ki, müəyyən insanlarda allergiyaya səbəb ola bilər. Amma buna baxmayaraq, bir sıra ölkələrdə reseptsiz satılan dərmanların reklamına icazə verilir".

1news.az

Paylaş:
602

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər