Deputat Şahin Seyidzadə seçicilərə 2020-ci ilə üzrə hesabat təqdim etdi – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Deputat Şahin Seyidzadə seçicilərə 2020-ci ilə üzrə hesabat təqdim etdi – FOTO

11:13 - 09 / 02 / 2021
Deputat Şahin Seyidzadə seçicilərə 2020-ci ilə üzrə hesabat təqdim etdi – FOTO

Milli Məclisin deputatı Şahin Seyidzadə təmsil etdiyi 50 saylı Abşeron-Qobustan seçki dairəsindən olan seçicilərə 2020-ci ildə görülən işlərlə bağlı hesabat təqdim edib.  

1news.az-ın verdiyi xəbərə görə, hesabatda müraciətlər, qanunvericilik, parlamentlərarası və ictimai fəaliyyətlər, həmçinin media sahəsi ilə bağlı fəaliyyətlər kimi bir çox məsələ yer alıb. Ötən il Yaz sessiyasının yekunlarına dair hesabat təqdim edərək, müraciət etmiş sakinlərə birbaşa poçt vasitəsi ilə hesabat yollayan deputat, öz paylaşımında təqdim etdiyi hesabatın da müraciətçilərə poçt vasitəsilə göndəriləcəyini planlaşdırdığını qeyd edib.

Deputat Şahin Seyidzadə bu barədə öz sosial şəbəkələrdə olan hesablarında paylaşım edib.

Paylaşımı təqdim edirik:

"Əziz Abşeron və Qobustan sakinləri,

Bu gün - 9 fevral 2021-ci il, VI çağırış Milli Məclisə növbədənkənar seçkilərdən 1 il ötür!

Geridə qalan 1 il ərzində Sizlərlə daima birlikdə və əlaqədə olduq, pandemiya və müharibə dövründə bir daha sübut etdik ki, biz birlikdə güclü ola bilərik!

Geridə qoyduğumuz il sözsüz ki, Qarabağ zəfəri və hələ də davam edən koronavirus pandemiyası ilə mübarizə dövrü kimi yadda qaldı. İstər müharibə dövrü, istərsə də pandemiya dövründə həyata keçirilən bütün fəaliyyətimizi vətəndaşlara xidmət göstərilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, Azərbaycan Respublikasının davamlı və dayanıqlı inkişafına dəstək verilməsinə yönəltdik.

Bu 1 il ərzində Parlament üzvü olaraq fəaliyyətdə 4 əsas:

- “vətəndaşlarla iş”,

- “qanunvericilik sahəsində iş”,

- “parlamentlərarası fəaliyyət”,

- “ictimai fəaliyyət və kommunikasiya”

istiqamətləri müəyyən edərək, sözügedən istiqamətlər çərçivəsində fəaliyyətin sözdən əmələ prinsipləri əsasında təşkili üçün daima səylər göstərdik.

2020-ci il ərzində pandemiya dövrünün şərtlərinə uyğun olaraq 289 vətəndaşın iştirakı ilə fərdi formada 28 onlayn və səyyar vətəndaş qəbulu həyata keçirdik. Bu dövr ərzində 701 müraciət daxil olmuş, onlardan Mərkəzi və Yerli İcra Hakimiyyəti orqanlarına ünvanlaraq 63.8%-i icra olunub, 20.9%-i ilə bağlı icraat davam etməkdə, 15.3%-i isə qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Vətəndaşlarla daima qarşılıqlı əlaqəni təmin etmək məqsədi ilə, faydalı məlumat, xəbər, elan, xüsusi hadisə və tarixlər barədə mütəmadi olaraq SMS və “WhatsApp” 14280-dən çox mesaj yollanılmışdır.

Əziz seçicilər, geridə qalan 1 il ərzində fərdi, şəhər, kənd, qəsəbə, ümumilikdə Abşeron və Qobustan rayonları ilə bağlı qaldırılan məsələlərə dair bir çox addımlar atıldı. 1 illik fəaliyyəti əhatə edən hesabatı Sizlərə təqdim edərək, 2020-ci il ərzində olan hər bir müraciət sahibinə təqdim olunmuş hesabatın poçt vasitəsi ilə yollanılmasını planlaşdırdığımızı diqqətinizə çatdırırıq.

Xatırlatmaq istərdim ki, əlçatanlığı təmin etmək üçün aşağıdakı kommunikasiya vasitələri ilə daim əlaqədə olmağımız mümkündür.

Telefon: 0506002550 (Zəng/“WhatsApp”/”Telegram”)

E-mail: [email protected]

“Facebook”, “Twitter”, “Linkedin”, “YouTube”/shahinseyidzade

Telegram kanalı: https://t.me/shahinseyidzade

2020-ci il ərzində vətəndaşlar tərəfindən ünvanlanan müraciətlərin araşdırılaraq, səlahiyyət və qanunvericiliyin imkanları çərçivəsində həlli istiqamətində köməklik göstərmiş bütün dövlət qurumlarına, fəaliyyətimizin işıqlandırılmasında daima dəstək verən media nümayəndələrinə öz təşəkkürümü bildirirəm!

Dərin hörmətlə,

Şahin Seyidzadə

50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə

Azərbaycan Respublikası Milli Məclisinin deputatı"

Hesabatla tanış olmaq üçün: http://seyidzade.az/hesabat/50sd_Hesabat_2020.pdf

S.Xankişiyeva

 

 

Paylaş:
2130

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər