Bu gün Azərbaycanda 147 nəfər koronavirusa yoluxub - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Azərbaycanda 147 nəfər koronavirusa yoluxub - STATİSTİKA

16:35 - 10 / 02 / 2021
Bu gün Azərbaycanda 147 nəfər koronavirusa yoluxub - STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 147 yeni yoluxma faktı qeydə alınıb, 236 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 231 509 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 225 914 nəfər müalicə olunaraq sağalıb, 3 167 nəfər vəfat edib, aktiv xəstə sayı 2 428 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 298, ötən müddət ərzində isə ümumilikdə 2 470 908 test aparılıb.

Qafar Ağayev

Paylaş:
417

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər