PAŞA Holding və onun maliyyə törəmə müəssisələri “Qarabağ Dirçəliş Fonduna” 2 milyon AZN vəsait köçürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

PAŞA Holding və onun maliyyə törəmə müəssisələri “Qarabağ Dirçəliş Fonduna” 2 milyon AZN vəsait köçürüb

12:55 - 10 / 02 / 2021
PAŞA Holding və onun maliyyə törəmə müəssisələri “Qarabağ Dirçəliş Fonduna” 2 milyon AZN vəsait köçürüb

PAŞA Holding və onun bank və sığorta müəssisələri işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə yaradılmış “Qarabağ Dirçəliş Fonduna” vəsait köçürüb. Belə ki, sözügedən Fonda PAŞA Holding, PAŞA Bank, Kapital Bank, PAŞA Sığorta və PAŞA Həyat tərəfindən ümumilikdə 2 milyon AZN ianə edilib.

“Azad olunmuş ərazilərdə vətəndaşlarımızın firavan yaşaması hər birimizin arzusu və məqsədidir. Şübhəsiz ki, dirçəltmə prosesi dövlət tərəfindən yüksək səviyyədə həyata keçiriləcək. Regionun öndəgedən şirkətlərindən biri olaraq sözügedən bölgələri dirçəltmək bizim də növbəti illəri əhatə edən strategiyalarımıza mütləq qaydada daxil olunacaq. Belə ki, biz bu istiqamətdə müxtəlif növ layihələr həyata keçirəcəyik və bu fəaliyyətlərin, eləcə də həyata keçiriləcək layihələr üzrə prioritetləşdirmə prosesinin vacibliyini nəzərə alaraq öz inkişaf planları müvafiq dövlət strukturları ilə razılaşdıracağıq” - PAŞA Holding-in Baş İcraçı Direktoru Cəlal Qasımov vurğulayır.

Qeyd edək ki, Cəlal Qasımov PAŞA Holding-in dirçəltmə prosesi üzrə planları barədə Nargis jurnalına verdiyi müsahibəsində də məlumat vermişdir. “Düşünürəm, birgə səylərimiz nəticəsində Qarabağ yaxın gələcəkdə regionun mərkəzinə çevriləcək” – Cəlal Qasımov bildirmişdir.

Xatırladaq ki, PAŞA Holding Silahlı Qüvvələrə Dəstək, eləcə də YAŞAT Fonduna yardım göstərən ilk şirkətlərdən olmuşdur.

1news.az

 

Paylaş:
1772

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər