Sumqayıt Texnologiyalar Parkı ölkəyə xarici sərmayə cəlb edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıt Texnologiyalar Parkı ölkəyə xarici sərmayə cəlb edib

14:00 - 11 / 02 / 2021
Sumqayıt Texnologiyalar Parkı ölkəyə xarici sərmayə cəlb edib

Sumqayıt Texnologiyalar Parkı və Türkiyənin iri sənaye qrupu olan Kibar Holding-ə aid Assan Panel Sanayı ve Ticaret A.Ş. (Assan Panel) şirkəti sendviç panellərin və tamamlayıcı məhsulların istehsalı üzrə birgə müəssisə yaratmaq məqsədilə müqavilə imzalayıblar.

“ASSAN-STP PANEL” adı altında fəaliyyət göstərəcək şirkət STP-nin Sendviç Panelləri Zavodunun bazasında yaradılacaqdır. Razılaşma STP ilə yanaşı ölkə iqtisadiyyatı üçün də böyük əhəmiyyət kəsb edir. Belə ki, dünyada sendviç panel istehsal edən on ən böyük şirkətdən biri olan Assan Panel-in Azərbaycana gəlməsi ölkənin məhsul idxalından asılılığın azalması, ixrac potensialının artırılması, həmçinin, ölkənin qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi baxımından önəmlidir.

Birgə müəssisə beynəlxalq standartlara cavab verən yerli istehsalı yeni sərmayə hesabına müasirləşdirərək Gürcüstan, Rusiyanın Cənub bölgəsi və Orta Asiya ölkələrinə satış həyata keçirməyi hədəfləyir. Yaradılacaq müəssisə Kibar Holding-in “Assan Panel” brendi ilə yanaşı yeni brendlər altında yüksək keyfiyyətli, geniş çeşiddə panel və tamamlayıcı məhsullar istehsal edəcək. İllik istehsalın 2 milyon kvadrat metr olacağı planlaşdırılır. Beləliklə, birgə müəssisə regionun ən böyük və ən müasir sendviç panel istehsalçısına çevriləcəkdir. 

Biznes və korporativ idarəetmə sistemində yenilik etmiş STP ölkəyə xarici investisiyanın cəlb edilməsini, istehsalatın genişləndirilməsini və ixracın artırılmasını inkişaf strategiyasının tərkib hissəsinə çevirib. STP yeni investisiyaların cəlb olunması və xarici təcrübələrdən yararlanması istiqamətində işlərini davam etdirir. STP-nin yeni tərəfdaşı Kibar Holding bu günə kimi Hyundai, Turkish Airlines, Posco və digər nəhəng beynəlxalq şirkətlərlə birgə müəssisələr qurub. Kibar Holding-ə aluminium, avtomobil, qida və neft-qaz kimi bir çox sektorda fəaliyyət göstərən şirkətlər daxildir. Həmin şirkətlərindən biri olan Assan Panel Avropa, Yaxın Şərq, Orta Asiya və Afrika daxil olmaqla ümumilikdə 85 ölkəyə ixraclar həyata keçirir. Türkiyə və İordaniyada yerləşən 4 istehsalat sahələrinin ümumi illik istehsalat gücü 18 milyon kvadrat metr təşkil edir. STP-nin yeni tərəfdaşlığı tək xarici sərmayənin cəlb olunması baxımından deyil, həmçinin iri beynəlxalq sənaye istehsalçılarının təcrübəsinin ölkəyə gətirilməsi və peşəkar kadrların yetişdirilməsi baxımından da qeyri-neft sektorunun inkişafına öz töhfəsini verəcəkdir.

Qeyd edək ki, STP 2020-ci ili struktur və korporativ idarəetmə sistemində yenilikləri nəzərdə tutan transformasiya ilə başa vuraraq holdinq idarəetmə modelini tətbiq edibdir. 2021-ci ildən STP zavodları istehsal sahələrinə uyğun olaraq “STP Global Cable”, “STP Alüminium”, “SOCAR-STP”, “STP Metal Structures” biznes vahidləri və birgə müəssisələr vasitəsilə fəaliyyət göstərir.

Reklam hüququnda

Paylaş:
411

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər