Cümə gününə olan hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Cümə gününə olan hava proqnozu açıqlanıb

14:03 - 11 / 02 / 2021
Cümə gününə olan hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti fevral ayının 12-nə olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu Bakıda və  Abşeron yarımadasında gecə 4-6, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət  gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək. 

Fevralın 12-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 4-8, gündüz 13-18, dağlarda gecə 2-7 dərəcə isti, yüksək dağlıq ərazilərdə 2-6 dərəcə şaxta, gündüz 7-12, bəzi yerlərdə 15-17 dərəcə isti olacaq. 

Tibbi-meteoroloji proqnoza görə, fevralın 12-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir. 

1news.az

Paylaş:
609

Son xəbərlər

Bütün xəbərlər