“Laborator araşdırmalar da göstərir ki, Çin istehsalı olan Sinovak vaksini etibarlıdır” - Məlahət İbrahimqızı | 1news.az | Xəbərlər
Cəmiyyət

“Laborator araşdırmalar da göstərir ki, Çin istehsalı olan Sinovak vaksini etibarlıdır” - Məlahət İbrahimqızı

13:57 - 12 / 02 / 2021
“Laborator araşdırmalar da göstərir ki, Çin istehsalı olan Sinovak vaksini etibarlıdır” - Məlahət İbrahimqızı

“Bir ildən artıqdır ki, dünya koronavirus pandemiyası ilə mübarizə aparır. Beynəlxalq əməkdaşlıq çərçivəsində bu pandemiyadan qurtulmaq, qlobal təhlükəni aradan qaldırmaq üçün müəyyən səylər göstərilir”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin səhiyyə komitəsinin üzvü, deputat Məlahət İbrahimqızı deyib:

“Çox təəssüf ki, dünyanın inkişaf etmiş ölkələri bu problemi öz sərhədləri çərçivəsində həll etməyə çalışır. Hansısa ölkənin sərhədləri çərçivəsində bu problem həll olunsa belə, bu, problemin tam həlli üçün yetərli deyil. Dünyanın zəngin, inkişaf etmiş ölkələri çox çətinliklər çəkən ölkələrin problemlərinə, pandemiya ilə mübarizəsinə çoz az dəstək verir. Qlobal əməkdaşlıqdan söhbət gedirsə, BMT-də qəbul olunan sənədlərdə göstərildiyi kimi, dünyanın 2030-cu il gündəliyindən söhbət gedirsə, bunlar bir-birinə tamamilə ziddir”.

Deputat qeyed edib ki, vaksin istehsal edən şirkətlərin əksəriyyəti vaksinləri inkişaf etmiş ölkələr arasında paylayır:

“Afrika və Asiyanın iqtisadi cəhətdən zəif ölkələri hələ də vaksin gözləyirlər. Azərbaycan möhtərəm Prezidentimizin rəhbərliyi ilə Azərbaycan daxilində koronavirusa qarşı çox effektiv və uğurlu mübarizə aparır, artıq vaksinasiya mərhələsindəyik. Eyni zamanda Prezidentimizin tapşırığı və dəstəyi ilə dünyanın bir çox imkansız ölkələrinə Qoşulmama Hərəkatı və İslam Əməkdaşlığı çərçivəsində, bütövlükdə BMT çərçivəsində müəyyən yardımlar edib. Azərbaycan 40-a yaxın ölkəyə koronavirus pandemiyası ilə mübarizədə  yardım edib".

"Azərbaycanda vaksinin bölgüsünün də ədalətli şəkildə aparıldığını deyən M.İbrahimqızının sözlərinə görə, vaksinasiya elmi olaraq bütün epidemioloji şərtlər nəzərə alınmaqla həyata keçirilir:

"Vaksinasiya piramida şəklində, xüsusi alqoritmlərlə həyata keçirilir. İlk növbədə risk qrupunda olan əhali vaksinasiya olundu. Ən əsas risk qruplarından tibb işçilərinin vaksinasiyası aparıldı, hazırda da yaşı 65-dən yuxarı olan şəxslər vaksinasiya olunur. Bütün məsələlər Prezidentimizin diqqəti əsasında çox uğurla həyata keçirilir. Dünyanın bir çox inkişaf etmiş dövlətləri pandemiya ilə mübarizədə böyük çətinliklərlər qarşılaşdı, xəstəxanalarda yerlər olmadı, ölənlərin sayı sürətlə artdı. Amma Azərbaycanda bu günə qədər elə ciddi bir problem olmayıb. İnanıram ki, cənab Prezidentin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində olduğu kimi koronavirusla müharizədə də qələbə qazanacağıq”.

Deputat Çin istehsalı olan vaksinlə bağlı da fikirlərini bölüşüb:

“Mən vaksin üzrə mütəxəssis deyiləm, amma pediatram. Pediatrlar vaksinasiya işini çox yaxşı bilir. Çünki vaksinasiya bütün dünyada əsasən uşaq yaşlarında həyata keçirilir. Ona görə də universitetlərlə pediatrlara vaksinlə bağlı dərslər tədris olunur. Ən yaxşı vaksinlər inaktiv olanlardı. O da həmin xəstəliyin zəiflədilmiş halıdır. Bu günə qədər bir çox xəstəliyin qarşısının alınmasında vaksinlərdən istifadə olunub. Bunların hamısının da təsiri olub. Çin istehsalı olan vaksin də həmin xəstəliyin zəiflədilmiş virusudur, bu da çox effektivdir. Dünyanın bir çox ölkələri bu vaksindən istifadə edir, laborator araşdırmalar da göstərir ki, Çin istehsalı olan Sinovak vaksini etibarlıdır”.

M.İbrahimqızı vaksinlərin istifadəsinin çox vacib olduğunu da vurğulayıb:

“Vaksinasiya xüsusi risk qrupları və müəyyən yaş qrupları üçün vacibdir. Çünki müəyyən yaş qrupunda olanlar xəstəliyi çox ağır keçirirlər. Qeyd etdiyim kimi Azərbaycanda vaksin bölgüsü ədalətli aparılır. Mənim özümə də növbəm çatanda vaksin vurduracağam”.

Qafar Ağayev

Paylaş:
877

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər