Peyvəndlə bağlı şübhəli fikirlərə inanmamaq lazımdır - TƏBİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Peyvəndlə bağlı şübhəli fikirlərə inanmamaq lazımdır - TƏBİB

09:53 - 12 / 02 / 2021
Peyvəndlə bağlı şübhəli fikirlərə inanmamaq lazımdır - TƏBİB

Peyvəndlə bağlı skeptik yanaşmalar yalnız yaşlılar arasında deyil, gənclər arasında da var. Lakin onu demək lazımdır ki, ilk növbədə etibarlı mənbələrdən məlumat alaraq ona güvənmək lazımdır.

1news.az bildirir ki, bunu Trend-ə TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva deyib.

Onun sözlərinə görə, əgər peyvənd insanları 70-90 faiz ölümdən qoruyursa, bu, özü peyvəndlə bağlı şübhəli düşüncələrin olmamasına və sualların meydana çıxmamasına əsas yaradır:

"Peyvənd bizi yalnız xəstəlikdən deyil, ölümdən də qoruyur. Çünki hər kəsin xəstəliyi necə keçirəcəyi bəlli deyil. Bəzi gənclər "mən idmanla məşğul oluram, yaxşı qidalanıram, sağlam həyat tərzi keçirirəm" desə də, bunlar insanda immunitetin güclü olmasına və onların xəstəliyi yüngül keçirəcəyinə əsas vermir. Heç kəs bizə xəstəliyi yüngül keçirəcəyimizə təminat vermir. Buna görə də hər kəs risk qrupuna aiddir. Çünki biz daha əvvəl yaşlı və yanaşı xəstəliyi olanların COVİD-19-u daha ağır keçirdiyini söyləyirdik. Amma zamanla gənc insanlar arasında da COVİD-19-u ağır keçirmə və hətta bundan ölümün baş verməsi hallarına rast gəldik. Bu səbəbdən gənc olmağımıza, yanaşı xəstəliyimizin olmamasına güvənməməliyik".

N.Mustafayeva qeyd edib ki, insanda immunitet anadangəlmə formalaşır. Həyat tərzi immunitetin sadəcə güclü və ya zəif olmasını müəyyən qədər balanslaşdırır.

1news.az

Paylaş:
624

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər