TƏBİB rəsmisi: Açıq havada tək gedirsinizsə, maska taxmaya bilərsiz – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

TƏBİB rəsmisi: Açıq havada tək gedirsinizsə, maska taxmaya bilərsiz – VİDEO

09:35 - 12 / 02 / 2021
TƏBİB rəsmisi: Açıq havada tək gedirsinizsə, maska taxmaya bilərsiz – VİDEO

"Nazirlər Kabinetinin qərarında sosial məkanlarda maska taxılmalıdır".

Bu barədə TƏBİB-in nümayəndəsi, həkim-infeksionist Nəzrin Mustafayeva Real TV-yə müsahibəsində bildirib.

"Əgər açıq havada tək gedirsinizsə, maska taxmaya bilərsiz. Sosial məkanlarda olarkən isə mütləq maska taxılmalıdır.

Bulvarda, yaxud parkda gəzərkən və ətrafda heç kim olmadıqda maska taxmaya bilərsiz. Elə bir qayda da yoxdur", - deyə Nəzrin Mustafayeva bildirib.

S.Xankişiyeva

 

 

Paylaş:
544

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər