“Gazelli Group” şirkəti “YAŞAT” Fonduna 50 min manat köçürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Gazelli Group” şirkəti “YAŞAT” Fonduna 50 min manat köçürüb

10:47 - 12 / 02 / 2021
“Gazelli Group” şirkəti “YAŞAT” Fonduna 50 min manat köçürüb

“Gazelli Group” 20 illik fəaliyyəti ərzində çoxsaylı sosial aksiyalar keçirməklə, Korporativ Sosial Məsuliyyət (KSM) sahəsinə daim xüsusi diqqət ayırır.
 
1news.az-ın məlumatına görə, şirkətdən bildiriblər ki, kişilər üçün “DASTAN” brendinin kosmetik məhsullarının satışından, eləcə də “Gazelli Art House Baku” qalereyasının “Evə aparan yol” adlı xeyriyyə sərgisindən əldə edilmiş 50.000 AZN həcmində vəsait “YAŞAT” Fonduna köçürülüb.
 
Həmçinin İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin bombalanmasından sonra italiyalı fotoqraf Cordano Sotirio tərəfindən çəkilmiş fotoşəkillər də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Fərmanı ilə inşa edilməkdə olan Qələbə Muzeyinin fonduna təqdim edilib.
 
Fəaliyyətinin əsas prinsiplərindən biri cəmiyyətə fayda vermək olan “Gazelli Group” müharibə dövründə Azərbaycan Ordusunu da diqqətdən kənarda qoymayıb. Döyüşlərin davam etdiyi müddətdə Holdinq ordumuza qələbə qazandıran şanlı qəhrəmanları zəruri hərbi ləvazimatlardan ibarət bağlamalarla təmin edib. Gəncə şəhərində Ermənistanın törətdiyi terror aktı nəticəsində valideynlərini itirmiş uşaqlara və evləri dağılmış vətəndaşlara da xüsusi diqqət göstərilib.
 
"Bu xeyriyyə tədbirlərinin məqsədi ölkəmizin vətəndaşları olaraq borcumuzu yerinə yetirmək, xalqımıza və dövlətimizə yardım və dəstək göstərmək, onların yanında olmaqdır. «Gazelli Group» şirkəti bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirməyi planlaşdırır"- deyə, şirkətdən bildiriblər.
 
1news.az
Paylaş:
858

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər