Azərbaycanın 131 yaşlı pensiyaçısının real yaşı 95 imiş | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın 131 yaşlı pensiyaçısının real yaşı 95 imiş

12:35 - 12 / 02 / 2021
Azərbaycanın 131 yaşlı pensiyaçısının real yaşı 95 imiş

Azərbaycanın Lənkəran şəhərində yaşayan və şəxsiyyət vəsiqəsində təvəllüdü 1890-cı il göstərilən (131 yaş) Əzizova Tamamın yaş verifikasiyası aparılan zaman bu rəqəmin çox şişirdildiyi məlum olub.

1news.az bildirir ki, bunu Trend-ə AMEA Lənkəran Regional Elm Mərkəzinin direktor müavini, Fiziologiya İnstitutunun Uzunömürlülüyün fiziologiyası laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Sevinc Hüseynova deyib.

Onun sözlərinə görə, T.Əzizovanın yaş verifikasıyası 2014-cü ildə aparılıb:

"2014-cü ildə aparılan yaş verifikasıyası zamanı onun yaşının çox şişirdildiyi məlum olmuşdur. Verifikasiyanın nəticəsinə görə, hazırda onun real 95 yaşı olmalıdır. Hətta verdiyi müsahibəni diqqətlə dinlədikdə bunu aşkar etmək olar. Tamam Əzizova Cəlilabadda anadan olub, əslən Yardımlıdan oraya köçən ailədəndir. Lənkərana isə gəlin gəlib".

Qeyd edək ki, bir müddət əvvəl Dövlət Sosial Müdafiə Fondunun (DSMF) açıqladığı məlumatda Azərbaycanın ən yaşlı pensiyaçısının 1890-cı il təvəllüdlü Əzizova Tamam Əli qızı olduğu qeyd edilmişdi.

Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova bir müddət əvvəl Trend-ə bildirmişdi ki, Azərbaycanda indiyə qədər yaşı verifikasiya (yaşın dəqiqləşdirilməsi) edilən uzunömürlülərin təxminən 50 faizinin sənəddəki yaşı ilə əsl yaşı fərqlənib:

"Çox zaman verifikasiya zamanı onların sənəddə göstərilən yaşları öz təsdiqini tapmır. Lakin 1927-28-ci ilə qədər anadan olanların qeydiyyatı daha qeyri-dəqiq aparılıb. Bu məlumatlar əsasən pasport göstəricilərinə görə tərtib olunub. Yaş verifikasiyası aparıldıqda isə bu rəqəmlər xeyli aşağı düşür. Yaşı verifikasiya edilənlərin təxminən 200-250 nəfərinin əsl yaşı sənəddə göstəriləndən 2-3 il fərqlənib. Sənəddəki yaşı ilə real yaşı arasında hətta 30 il fərq olan insanlar da olub".

1news.az

Paylaş:
556

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər