Gənclərin dayanıqlı inkişafda rolu | 1news.az | Xəbərlər
Cəmiyyət

Gənclərin dayanıqlı inkişafda rolu

09:06 - 15 / 02 / 2021
Gənclərin dayanıqlı inkişafda rolu

Azərbaycan  tarixi, geostrateji mövqeyi və dinamik inkişafı ilə qlobal arenaya hər zaman mühüm töhfələr verməkdədir. Budur ki, ölkəmizin dayanıqlı inkişaf məqsədlərinin uğurlu icrasında daim ön sıralarda olması təsadüfi deyil.

“Dayanıqlı İnkişaf Məqsədləri indeksi” üzrə göstəricilərə əsasən ölkəmiz 166 ölkə sırasında 54-cü,  Cənubi Qafqaz regionunda isə  ilk sıradadır. BMT-nin İqtisadi və Sosial Şurasının təşkilatçılığı ilə keçirilən Yüksək Səviyyəli Siyasi Forum (YSSF) üçün regionda ilk ölkə olaraq 2017-ci və 2019-cu illərdə 2 Könüllü Milli Hesabat  təqdim edən Azərbaycan, artıq növbəti 3-cü Hesabatını təqdim etməyə hazırlaşır.  

Bu gün heçkəsin kənarda qalmaması prinsipi ilə 17 məqsəd və 169 hədəfdən ibarət mürəkkəb gündəliyin həyata keçirilməsi üçün cəmiyyətin bütün təbəqələrinin iştirakı, sektorlararası əməkdaşlıq, innovativ yanaşmaya əsaslanan dayanıqlı həll yollarının tətbiqi və sosial qruplar arasında dialoqun təmini labüddür.  Dayanıqlılığın təşviqi üçünsə gələcək nəsillərin maraqlarının müdafiəsi, habelə gənclərin qlobal dəyişikliklərə öz töhfəsini verə biləcəyi platformaların mövcudluğu mühümdür. 

2030 Gündəliyi dünyada növbəti 10 il ərzində yoxsulluğun azaldılması, rifahın təşviq olunması, inklüziv və ədalətli təhsilin təminatı, iqtisadiyyatın daha dayanıqlı sütunlar üzərində qurulması, bərabərsizliyə və iqlim dəyişikliyinə qarşı mübarizə və ekosistemlərin qorunmasına aparan iddialı səyləri özündə əks etdirməklə gənclərin bu proseslərdə iştirakını israrla tövsiyyə edir.   

Ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir və gənclərin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi üçün kifayət qədər geniş platformalar mövcuddur. Son 17 ildə Azərbaycanda gənclər sahəsinə ayrılan vəsait 100 dəfə artırılmış, gənclərin beynəlxalq səviyyələrdə inteqrasiyasının və iştirakçılığının gücləndirilməsini təmin edən yeni fəaliyyət istiqamətləri formalaşdırılmışdır. Azərbaycanda gənclərin inkişafı ilə əlaqədar reallaşdırılan proseslərə töhfə vermək məqsədi ilə həyata keçirilən layihələr Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti və YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi ilə yeni nəfəs qazanmışdır.        

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyinin birgə həyata keçirdiyi “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformalar yaradılması” layihəsi çərçivəsində Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfirlərin seçilməsi təşəbbüsü irəli sürülmüş, 2018-ci ildə Azərbaycanda və Cənubi Qafqazda ilk dəfə olaraq DİM üzrə 17 Gənc Səfir seçilmişdir. 

2018-2020-ci illər ərzində 17 Gənc Səfir könüllü əsaslarla Dayanıqlı İnkişaf Məqsədlərinin Azərbaycanda təbliğinə, DİM-lərə nail olmaq üçün gənclərin iştirakının təşviqinə, yerli, milli və beynəlxalq səviyyələrdə atılan addımlar barədə cəmiyyətin məlumatlandırılması ilə yanaşı, ölkədə DİM-lərlə bağlı təşəbbüslərin həyata keçirilməsinə böyük töhvələr vermişlər. Məhz onların fəaliyyətlərinin nəticəsi olaraq Azərbaycanda yüzlərlə gənc DİM-lərdən xəbərdar olmuş və qlobal məqsədlər üçün fəaliyyətə başlamışlar.

Təşəbbüsün uğurlu və effektiv nəticələrini nəzərə alaraq,  2021-2023-cü illəri əhatə edəcək növbəti DİM üzrə Gənc Səfirlərin seçim mərhələsinə başlanılmışdır. Gənc Səfirlərin fəaliyyətinin əsas məqsədi Dayanıqlı İnkişaf Məqsədlərini Azərbaycanda təbliğ etmək, DİM-lərə nail olmaqda gənclərin iştirakını təşviq etmək, yerli və milli səviyyələrdə atılan addımlar barədə əhalinin məlumatlandırılmasına və Milli Hesabatların hazırlanmasına öz töhvələrini verməkdir. Ölkə gənclərinin “DİM üzrə Gənc Səfirlər”in seçim mərhələsi, şərtlər toplusu və layihə haqqında ətraflı məlumat əldə etmələri, habelə oxucular üçün də böyük maraq kəsb etməsi baxımından hazırlanmış olan info-saytı məmnuniyyətlə təqdim edirəm. 

Əminəm ki, Ulu Öndər Heydər Əliyevin dövlət gənclər siyasətinin həyata keçirilməsində hər zaman vurğuladığı “Azərbaycançılıq” ideyası bu sahədə də əsas hədəf və fəaliyyət olacaqdır.

Məzahir Əfəndiyev

Azərbaycan Respublikası

Milli Məclisinin Deputatı

     

                                               

 

  

    

Paylaş:
494

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər