Space TV-yə yeni rəhbər təyin olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

Space TV-yə yeni rəhbər təyin olundu

11:46 - 15 / 02 / 2021
Space TV-yə yeni rəhbər təyin olundu

Space TV-yə yeni rəhbər təyin olunub.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Kamil Şahverdiyev kanalın yeni rəhbəri təyin edilib.

Kamil Şahverdiyev xəbəri APA-ya təsdiqləyib.

Qeyd edək ki, K. Şahverdiyev uzun illərdir, “Space” TV-də çalışır. O, Rəşid Behbudovun kürəkəni və mərhum müğənninin adına fəaliyyət göstərən fondun rəhbəridir.

Xatırladaq ki, kinorejissor Vaqif Mustafayev bir müddət əvvəl “Space” TV-nin rəhbəri vəzifəsindən azad edilib.

1news.az

Paylaş:
749

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər