Çin Azərbaycana pulsuz 10 min doza vaksin göndərir | 1news.az | Xəbərlər
Cəmiyyət

Çin Azərbaycana pulsuz 10 min doza vaksin göndərir

12:13 - 15 / 02 / 2021
Çin Azərbaycana pulsuz 10 min doza vaksin göndərir

Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında möhkəm dostluq və əməkdaşlıq əlaqələri, eləcə də Azərbaycana qarşı xüsusi münasibət nəzərə alınaraq, ÇKP Mərkəzi Komitəsi tərəfindən YAP-a 10 min doza vaksin verilməsi barədə qərar qəbul edilib.

YAP-dan bildiriblər ki, bu haqda Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin xarici əlaqələr idarəsinin şöbə müdiri cənab Can Cenkun bildirib. ÇKP MK-nın nümayəndəsi qeyd etmişdir ki, vaksinlər Yeni Azərbaycan Partiyasına yardım məqsədilə, təmənnasız veriləcəkdir və ehtiyac olduğu təqdirdə dozanın miqdarı artırıla bilər.

Məlumatda qeyd edilib ki, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında 20 ildən artıq davam edən sıx qarşılıqlı əməkdaşlıq münasibətləri mövcuddur. Azərbaycan ilə Çin arasında təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dostluq və əməkdaşlıq münasibətləri ötən illər ərzində böyük inkişaf yolu keçmişdir. Azərbaycanın strateji tərəfdaşı kimi qəbul edilən Çin Xalq Respublikası ölkəmizin ərazi bütövlüyü prinsipini hər zaman bütün səviyyələrdə müdafiə etmişdir. Ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında da əlaqələrin yaranmasına və dinamik inkişafına münbit şərait yaradıb.

1news.az

Paylaş:
432

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər