Hande Harmancı: Azərbaycanın koronavirus əleyhinə vaksini qısa müddət ərzində ölkəyə gətirməsi nəzərəçarpacaq uğurdur | 1news.az | Xəbərlər
Cəmiyyət

Hande Harmancı: Azərbaycanın koronavirus əleyhinə vaksini qısa müddət ərzində ölkəyə gətirməsi nəzərəçarpacaq uğurdur

12:50 - 15 / 02 / 2021
Hande Harmancı: Azərbaycanın koronavirus əleyhinə vaksini qısa müddət ərzində ölkəyə gətirməsi nəzərəçarpacaq uğurdur

Bu gün yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinin birinci dozasını vurdurdum. Dörd həftə sonra ikinci dozanı da vurduracam və nəticədə COVID-19-a qarşı qorunmuş olacağam. Azərbaycan hökumətinə bizə bu imkanı yaratdığı üçün minnətdaram. Vaksinasiya pandemiya ilə mübarizə üçün çox önəmlidir. Buna görə hər kəsin peyvənd olunmasını tövsiyə edirəm.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

Onun sözlərinə görə, iki vaksinin eyni anda tətbiqinə dair tədqiqatlar davam edir: "İki fərqli vaksinin istifadə oluna bilməsi, səmərəsi, təsirli olması, təhlükəsizliyi araşdırılır. Hələ ki əlimizdə bununla bağlı nəticə yoxdur. Bununla yanaşı, koronavirus əleyhinə xeyli vaksin hazırlanmağa başlanılıb. Ümid edirəm ki, yaxın zamanlarda yaxşı nəticələr əldə olunacaq.

Vaksinlərin hamısı bir-birindən üstündür. Lakin həmin üstünlüklər tam olaraq bilinmir. Bəzi peyvəndlərin bir sıra yaş qruplarında - bir qisminin gənclərdə, bir hissəsinin uşaqlarda effektiv ola biləcəyi ehtimal olunur. Hələ ki, bunlar yavaş-yavaş öyrənilir. Ümid edirəm ki, daha yaxşı nəticələr əldə edə biləcəyik. Hansı vaksin olmasından asılı olmayaraq, təhlükəsiz və təsirli olan peyvəndləri nə qədər sürətlə dünyaya yaya bilsək, hər kəs üçün bir o qədər yaxşı olacaq.

Dünyanın bir çox ölkəsində vaksinasiya prosesinə başlanılsa da, daha çox ölkə hələ ki, prosesdən kənarda qalıb. Qısa müddət ərzində Azərbaycanın koronavirus əleyhinə vaksini ölkəyə gətirməsi nəzərəçarpacaq uğurdur. Ümid edirəm ki, vətəndaşlar vaksinin yeganə çıxış yolu olduğunu dərk edər və prosesə sürətli şəkildə qoşularlar. Əvvəlcə səhiyyə işçilərinin peyvənd olunması vacibdir. Bildiyimiz qədəri ilə Azərbaycanda xeyli səhiyyə işçisi vaksinasiyadan keçib. Bu da həm özlərinin, həm də pasiyentlərin təhlükəsizliyi üçün vacibdir".

H.Harmancı bildirib ki, vaksinlər əvvəlcə laboratoriyada sınaqdan keçirilir. Sonra kiçik, daha sonra böyük qruplar üzərində sınaq aparılır: "Hazırda vaksinasiyanın tətbiqi dördüncü fazadadır. Çünki böyük əhali qrupuna vurulur. "Sinovac" şirkətinin son açıqladığı təsirlilik dərəcəsi 50 faizdən çoxdur. Ümumdünya Səhiyyə Təşkilatı da təsirlilik dərəcəsi 50 faizdən yuxarı olan vaksinləri qənaətbəxş kimi qiymətləndirir. Əsl önəmli olan vaksinasiyanın yoluxmaya nə dərəcədə təsir etməsidir. Azərbaycanda da bu təsiri qısa müddətdə görəcəyik".

1news.az

Paylaş:
423

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər