“Əli və Nino”nun mərkəzi filialı qarət olundu - VIDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Əli və Nino”nun mərkəzi filialı qarət olundu - VIDEO

13:25 - 16 / 02 / 2021
“Əli və Nino”nun mərkəzi filialı qarət olundu - VIDEO

"Əli və Nino" kitab mağazaları şəbəkəsinin Fəvvarələr Meydanında yerləşən filialı ötən gün qarət olunub.

1news.az xəbər verir ki, bu barədə mağazanın təsisçisi Nigar Köçərli məlumat yayıb. O qeyd edib ki, hadisə ötən gün axşam saat 9 radələrində qeydə alınıb:

"Mağazaya 3 nəfər daxil olub. Onlardan biri suallarla satıcıların başını qatıb, digər iki nəfər isə işçilərə aid otağa daxil olaraq onların telefon və digər əşyalarını oğurlayıb. Mənzili və ya ofisi qarət olunanlar bizim nələr yaşadığımızı yaxşı anlayar. Xüsusən də, bu hadisənin Bakının mərkəzində baş verməsi çox təssüf doğurur".

N. Köçərli əlavə edib ki, təsisçisi olduğu mağazalar şəbəkəsində daha əvvəl də oğurluq halları baş verib. Mağazanın Gənc Tamaşaçılar Teatrınının yaxınlığında yerləşən şöbəsi eyni dəstə tərəfindən dəfələrlə qarət olunub. Onun iddiasına görə, polis bölməsində təqsirləndirilən şəxslərlə söhbət aparılıb, daha sonra onlar azadlığa buraxılıblar: "Oğurluq hadisəsi ilə bağlı polisə dərhal məlumat verilib. Hadisə yerinə gələn polis əməkdaşları şəhərin mərkəzində uzun müddət fəaliyyət göstərən bu quldur dəstəsini yaxşı tanıdıqlarını bildirdilər".

Oğurluq hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. DİN-dən saytımıza bildirildi ki, hazırda sözügedən faktla bağlı araşdırma gedir.

1news.az

Paylaş:
246

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər