Masallıda 19-cu əsrə aid hamam zibilliyə çevirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Masallıda 19-cu əsrə aid hamam zibilliyə çevirilib - FOTO

16:07 - 16 / 02 / 2021
Masallıda 19-cu əsrə aid hamam zibilliyə çevirilib - FOTO

Masallının mərkəzində yerləşən tarixi hamam hazırda acınacaqlı vəziyyətdədir.

1news.az Trend-ə istinadən bildirir ki, şəhər hamamı kimi tanınan və 19-cu əsrə aid olduğu deyilən hamam məhv olmaq üzrədir. Tarixi abidələr siyahısına salınan şəhər hamamının ətrafı hasarlanıb, içərisi isə sakinlər tərəfindən zibilliyə çevrilib.

Masallı Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, hamamın bərpası ilə bağlı bir neçə dəfə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə müraicətlər edilsə də, nəticə əldə olunmayıb:

"Hamamda uzun zamandır ki, bərpa-təmir işləri aparılmadığından fiziki köhnəlməyə məruz qalıb. Şəhər hamamı tarixi abidələr siyahısına salınıb, bu səbəbdən İcra Hakimiyyəti təmir-bərpa üçün tikiliyə müdaxilə edə bilmir. Abidənin bərpası ilə bağlı 2016-cı ildə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə rəsmi müraciət olunub və cavab verilib ki, 2017-2020-ci illər ərzində bərpa işləri nəzərə alınacaq. Hazırda 2021-ci ildir, ancaq hamamda bərpa işləri görülməyib".

İcra hakimiyyətindən əlavə ediblər ki, hamamın tullantılardan təmizlənməsi üçün əraziyə briqada cəlb olunub, tez bir zamanda yaranan problem aradan qaldırılacaq.

1news.az

Paylaş:
383

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər