Şəhidin həyat yoldaşı: Sonuncu dəfə danışanda məndən halallıq istədi... - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəhidin həyat yoldaşı: Sonuncu dəfə danışanda məndən halallıq istədi... - VİDEO

12:14 - 16 / 02 / 2021
Şəhidin həyat yoldaşı: Sonuncu dəfə danışanda məndən halallıq istədi... - VİDEO

Rəşadətli Azərbaycan Ordusu Vətən müharibəsində torpaqlarımızı yağı düşməndən azad edərək Şanlı Qələbə qazandı. Məhz qəhrəman Azərbaycan əsgəri, hərbçisi sayəsində "Dağlıq Qarabağ münaqişəsi" ifadəsi artıq tarixə qovuşdu. Qüdrətli Ordumuz 44 gündə hərb salnaməmizə tarix boyu danışılacaq Zəfər səhifələri yazdı. İşğalda olan torpaqlarımızı geri qaytararaq bizlərə Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən igid Vətən oğullarından biri də şəhid gizir Xəyal Cəfərlidir.

1news.az AZƏRTAC-a istinadən bildirir ki, Xəyal Xəlil oğlu Cəfərli 1992-ci il iyulun 15-də Salyanın Qaraçala qəsəbəsində anadan olub. Uşaq yaşlarından vətənpərvərliyi və igidliyi ilə seçilib. O, hərbiçi olmaq amalı ilə yaşayırdı. Beləliklə, öz arzusunun arxasınca gedən Xəyal, bütün hərbi göstəriciləri uğurla başa vuraraq, baş gizir kimi kəşfiyyat bölümündə çalışıb. Vətən müharibəsi başlayanda ilk döyüşə atılanlardan biri də Xəyal olub.

Şəhid anası Arzu Cəfərova deyir ki, oğlu həlak olmamışdan bir gün qabaq 20-yə yaxın şəhid silahdaşını döyüş meydanından çıxarıb: "Xəyal çox mehriban, vətənpərvər və zəhmətkeş uşaq idi. Həmişə can atırdı ki, hərbiçi olsun. Məktəbi bitirəndən sonra öz seçimini etdi, gizir rütbəsi aldı. Kəşfiyyatçı idi, Qubadlı, Füzuli və Cəbrayılda döyüşüb. Hər gün zəng edirdim, deyirdi ki, ana narahat olma, müharibə yoxdur. Qardaşı da hərbçidir. O da Cəbrayılda xidmət edirdi. Xəyal bir gün zəng elədi ki, Cəbrayıldayam. Dedim, ay Xəyal, qardaşın Vüsal da ordadır. Onunla görüşmək istəyirdi. Amma Qubadlıda şəhid oldu...".

Gənc ailə başçısı olan Xəyal Cəfərlinin qızı Nuray bizlərə əmanət qalıb. O, ailəsi ilə hər dəfə danışanda həyat yoldaşı Nərmin xanıma qızından muğayat olmağı tapşırırdı: "Sonuncu dəfə ayın 21-i danışdıq, özü də iki dəfə. Məndən halallıq istədi. Haqqımızı halal etdik bir-birimizə. Dedi ki, Nərmin istəyirəm qızım da mənim yolumu getsin, hərbiçi olsun. Mən olmasam, sən bunları gerçəkləşdir. Dedim, niyə elə danışırsan, inşallah bu arzunu özün görəcəksən...".

Xəyal qızına ilk dəfə ata deməyi də öyrətmişdi. Nuray hələ on aylıq olanda ata deməyə başlamışdı...

Vətən müharibəsinin ən qaynar nöqtələrində böyük şücaət və qəhrəmanlıq göstərən Xəyal Cəfərli düşmənə sarsıdıcı zərbələr endirib. Qəhrəman baş gizir həm də yaralı döyüş yoldaşlarının savaş meydanından çıxarılmasında fərqlənib. Füzuli, Cəbrayıl və Qubadlıda şərəfli döyüş yolu keçən Xəyal elə Qubadlı istiqamətində şiddətli döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Şəhidin dayısı Əvəz Nağıyev deyir ki, Xəyal qorxmaz oğlan idi. "Yoldaşlarının qeyd etdiyi kimi, müharibənin ən qaynar nöqtəsində belə, yaralı yoldaşları düşmən əlinə keçməsin deyə onları döyüş meydanından çıxarmışdı. Onun qəhrəmanlığı çoxdur. Danışmaqla bitməz. Allah rəhmət eləsin. Vətən sağ olsun!", - deyə Əvəz Nağıyev qeyd edib.

Baş gizir, kəşfiyyatçı Xəyal Cəfərli ölümündən sonra Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə "Qubadlının azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub.

1news.az

Paylaş:
264

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər