Sumqayıtda bu avtobus sürücüləri plan artımına belə etiraz etdilər | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda bu avtobus sürücüləri plan artımına belə etiraz etdilər

12:30 - 16 / 02 / 2021
Sumqayıtda bu avtobus sürücüləri plan artımına belə etiraz etdilər

Bu gün Sumqayıtda fəaliyyət göstərən 10A və 33 nömrəli marşrutların sürücüləri işə çıxmayıblar. “Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilir ki, sürücülər avtobus xəttində gündəlik planın artırılmasına etiraz etdiklərinə görə xəttə çıxmayıblar. Bu səbəbdən də sərnişinlərin çoxu yolda qalıblar.

“Qafqazinfo” məsələ ilə bağlı sözügedən marşrut xətlərinin sahibkarı Eldar adlı şəxslə əlaqə saxlayıb. O qeyd edib ki, sərt karantin dövründə bir çox iş yerləri bağlı olduğu üçün planı aşağı salmışdılar:

“Hazırda isə iş yerlərinin əksəriyyəti, o cümlədən də məktəblər, bağçalar açılıb. Buna görə də planı 140 manat etdik. Pandemiyadan qabaq gündəlik plan isə 165 manat idi. İndi vəziyyət tam düzələndən sonra yenidən 165 manata qaldıracağıq. 20-yə yaxın sürücü də planın artırılmasına razı olmadı. Amma hazırda problem yoxdur. Başqa sürücülər işə çıxıb”.

1news.az

Paylaş:
580

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər