Bakıda kafedə sevgililər günü qeyd edən 15 nəfər cərimələndi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda kafedə sevgililər günü qeyd edən 15 nəfər cərimələndi

16:27 - 17 / 02 / 2021
Bakıda kafedə sevgililər günü qeyd edən 15 nəfər cərimələndi

Paytaxtın Nizami rayonunda fevralın 14-də xüsusi karantin rejimi qaydalarına əməl etməyən kafe müəyyən olunub.

DİN-in Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, "Cənub” kafesində 14 fevral - sevgililər günü ilə əlaqədar 15 nəfərin həmin günü qeyd etmələri aşkarlanıb.

İctimai iaşə obyektinin icarədarı və tədbirin iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq barələrində inzibati protokollar tərtib olunub.

Qafar Ağayev

Paylaş:
544

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər