Daha bir Vətən müharibəsi şəhidi dəfn olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

Daha bir Vətən müharibəsi şəhidi dəfn olundu

17:31 - 17 / 02 / 2021
Daha bir Vətən müharibəsi şəhidi dəfn olundu

Vətən müharibəsində itkin düşən, ötən gün isə şəhid olduğu xəbəri gələn hərbçimiz Anar Nurullayev bu gün torpağa tapşırılıb.

Bu barədə Sabirabad rayon İcra Hakimiyyətindən bildiriblər. Qeyd edilib ki, şəhidin dəfn mərasimində Müdifə Nazirliyinin əməkdaşları, icra başçısı və digər rəsmi şəxslər iştirak ediblər.

Şəhid Anar Nurullayev doğulduğu Osmanlı kəndində torpağa tapşırılıb.

Xatırladaq ki, A.Nurullayev kiçik çavuş rütbəsində olub, yaxınları onunla sonuncu dəfə sentyabrın 30-da əlaqə yaradıblar.

1news.az

Paylaş:
329

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər