Ötən gün cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

10:47 - 17 / 02 / 2021
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

Fevralın 16-da respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 33 cinayətin üstü “isti izlər”lə açılıb.

DİN-in Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, gün ərzində əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 24 fakt müəyyən edilmişdir.

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılmışdır.

Qafar Ağayev

Paylaş:
379

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər