Ölkə üzrə COVİD-19-a yoluxma statistikası açıqlandı
Ölkədə ən yüksək yoluxma 52.2 faizlə Bakı şəhərinin payına düşür.
1news.az xəbər verir ki, bu barədə "koronavirus.info" saytında yayımlanan ölkə üzrə COVID-19-a yoluxma statistikasında qeyd olunub.
Aranda yoluxma 13.3 faiz, Abşeronda 12.9 faiz, Gəncə-Qazaxda 8.1 faiz, Şəki-Zaqatalada 3.2 faiz, Quba-Xaçmazda 3.0 faiz, Lənkəranda 2.9 faiz, Dağlıq Şirvanda 2.5 faiz, Yuxarı Qarabağda 1.4 faizdir.
Naxçıvanda yoluxma 0.05 faiz, ölkə xarici yoluxma isə 0.4 faiz təşkil edir.
545