Bakıda qanunsuz tikili və hasarlar sökülür - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda qanunsuz tikili və hasarlar sökülür - FOTO

11:08 - 18 / 02 / 2021
Bakıda qanunsuz tikili və hasarlar sökülür - FOTO

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılan araşdırmalar zamanı Binəqədi rayonu, Bakı Beynəlxalq Avtovağzal Kompleksinə yaxın ərazidə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin balansında olan torpaq sahəsinin işbazlar və müxtəlif vətəndaşlar tərəfindən qanunsuz olaraq zəbt edilərək hasarlanması, burada müxtəlif təyinatlı tikililərin inşa edilməsi faktı aşkar edilib.

1news.az APA-ya istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Zülfəli İsmayılov açıqlamasında bildirib ki, təşkil edilmiş komissiya tərəfindən ərazidəki müxtəlif təyinatlı tikili və hasarlanmış sahələrin sənədləri araşdırılıb: “Araşdırmalar nəticəsində müəyyən olunan pozuntuların aradan qaldırılması, buradakı tikili və hasarların sökülməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinin strukturlarının texnika və işçi qüvvəsi tərəfindən 2 gün ərzində bu ərazidə zəbt edilən 15 sahənin hasarları və 3 ədəd qanunsuz tikili sökülərək 1,5 ha yaxın ərazinin təmizlənməsi işləri həyata keçirilib. Qanunsuzluqlara yol verən vətəndaşlara xəbərdarlıq edilib".

İcra nümayəndəsi onu da vurğulayıb ki, işlərin aparılmasında əsas məqsəd qanunsuz torpaq zəbt edilməsi hallarının qarşısının alınması, paytaxtın daha da gözəlləşdirilməsi, vətəndaşların istirahətinin səmərəli təşkilidir: “Bu tədbirlər paytaxtın digər rayonlarında da keçirilir”.

Qeyd olunub ki, BŞİH tərəfindən şəhərin rayonlarında ayrı-ayrı işbazlar, vətəndaşlar tərəfindən səkilərin və hərəkət yollarının üzərində, yaşayış binalarına bitişik yerlərdə, yaşıllıq zolaqlarında, məhəllələrdə vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş yerlərin, keçid meydançalarının qeyri-qanuni olaraq zəbt olunmaqla inşa olunmuş müxtəlif təyinatlı tikili və obyektlərin sökülməsi, zəbt olunmuş torpaq sahələrinin, yaşıllıqların hasarlarının sökülərək ərazilərin təmizlənməsi ilə bağlı işlər davam etdiriləcək.

Paylaş:
311

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər